Kürdəmirdə evdə qaz balonu partlayıb, xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar rayonun Böhranlı kənd sakinləri Zərbalıyev Vüsal Hətəmxan oğlu və Zərbalıyeva Şəbnəm Xidmət qızıdır.
***15:36
Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Partlayış zamanı ev sakinləri - ər və arvad ağır yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.
Fakt araşdırılır.
Oxşar xəbərlər
TƏBİB: Zabratda təndirxanada xəsarət alanların vəziyyəti ağırdır - YENİLƏNİB - FOTO
Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış da...
