Kürdəmirdə əməliyyat - Külli miqdarda narkotik götürüldü - FOTO

Kürdəmirdə əməliyyat - Külli miqdarda narkotik götürüldü - FOTO
Hadisə 95

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Rəsulov Tural Adil oğlunun narkotik vasitələrinin istifadəsi və daşıması ilə əlaqədar məlumat daxil olub.

Məlumata əsasən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Rəsulov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq T.Rəsulovun yaşadığı evdən ümumi çəkisi 3 kq 56 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

T.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Kürdəmirdə əməliyyat - Külli miqdarda narkotik götürüldü - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər