Kürdəmirdə canavarlar daha bir kəndə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, xırdabuynuzlu heyvanlar tələf olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb.
Belə ki, yırtıcılar kənd sakini Nofəl Mirzəağa oğlu Qurbanovun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə yaralanıb.
N.Qurbanovun sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Xatırladaq ki, canavarlar bir necə gün öncə də rayonun Çöl Qubalı və Sığırlı kəndlərinin də təsərrüfatlarına hücum edib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurublar.
Qalereya
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...