Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri - 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...