Kürdəmirdə 34 yaşlı qadın ürəyindən bıçaqlandı - Əri SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə 34 yaşlı qadın bıçaqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sor Sor kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Sara Hüseynova döş qəfəsi və kürək nahiyəsindən bıçaq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qadın həyat yoldaşı Nizami Hüseynov tərəfindən bıçaqlanıb. Hadisənin ailə münaqişəsi nəticəsində baş verdiyi deyilir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı Nizami Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....