Kürdəmir sakinindən küllü miqdarda narkotik götürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayon Sığırlı kənd sakini Nəbiyev Fəxrəddin Rəhim oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, eləcədə yaşadığı evdə saxlaması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nəbiyev Fəxrəddinin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib.
Baxış zamanı həyətyanı sahədə yerləşən yarımtikilidə 1 ədəd sintetik torbada təmiz çəkisi 635 qram, 5 ədəd plastik vedrələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 825 qram,1 250 qram, 910 qram, 975 qram və 1 220 qram ümumi çəkisi 5 815 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş mariuxuana aşkar edilərək götürülüb.
Fəxrəddin Nəbiyev saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı Fəxrəddin Nəbiyev etdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...