Kürdəmir icra nümayəndəsinin sabiq müavini dəhşətli qəzada öldü – ANBAAN GÖRÜNTÜLƏR

Kürdəmir icra nümayəndəsinin sabiq müavini dəhşətli qəzada öldü – ANBAAN GÖRÜNTÜLƏR
Video
Hadisə 195

Avqustun 30-u saat 09:20-də Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyev ağır qəza nəticəsində həlak olub.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin görüntüləri yayılıb.

Görüntülərdən Rüstəmin yüksək sürətlə idarə etdiyi BMW markalı avtomobilin əvvəlcə VAZ markalı avtomobillə toqquşduğu, daha sonra digər avtomobilin arxa hissəsinə toxunaraq yolun kənarına doğru istiqamətləndiyi və xeyli məsafə qət edərək ofisə çırpıldığı məlum olur. Bildirilib ki, avtomobilin sürəti saatda təxminən 130-140 kilometr olub.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, 26 yaşlı R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət Dövlət Sosial Müdafiə Fondunun bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər