Kürdəmirdə uşaq bağçasında yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası - körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 800 kv metr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 km metr olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...