Kürdə batan 18 yaşlı Səbuhinin axtarışları davam etdirilir - FOTO/VİDEO

Kürdə batan 18 yaşlı Səbuhinin axtarışları davam etdirilir - FOTO/VİDEO
Video
Hadisə 105

İki gün əvvəl Kür çayının Zərdab rayonunda keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhinin axtarışları davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Qeyd edilib ki, iyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.

Hazırda vətədaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər