Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

15
iyn
2024
23:20
Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb
Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb. BAKU.WS xəbər verir ki, bu barədə Neftçala və Salyan rayon sakinləri Report-un Aran bürosuna bildirib. Belə ki...