“Kürd Elnur”un qəsdən dərədən atdığı avtomobilin son görüntüləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə bir neçə gün əvvəl qəsdən dərədən atılan BMW markalı avtomobilin son görüntüləri yayılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, videoda avtomobilin yararsız vəziyyətə düşdüyü görünür.
Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib. Müraciət əsasında avtomobili dərədən aşıran, dəfələrlə məhkum olunmuş Elnur Abbasov saxlanılıb, barəsində cinayət işi başlanıb.
Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” kimi tanınıb.
Oxşar xəbərlər
BMW-ni dərəyə aşıran “Kürd Elnur” kimdir? (FOTOLAR)
Dünən həbs edilən “Kürd Elnur” barədə maraqlı məlumatlar üzə çıxıb. BAKU.WS musavat.com-a istinadla xəbər verir ki, onun Rövşən Lənkəranskinin tərəfdarı olduğu,...