Kür çayında batan iki nəfərin cəsədi tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
15 iyun tarixində Kür çayının Tovuz rayonun Hunanlar kəndi istiqamətindən keçən hissəsində batan Tovuz rayon Abulbəyli kənd sakinləri 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və onun həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun cəsədi tapılaraq sudan çıxarılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, adıçəkilən şəxslərin cəsədi batdıqları ərazidən 15 km kənarda Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində aşkar edilib.
Xatırladaq ki, batan şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasetmə qrupu və 1 helikopter cəlb edilmişdi.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Kür çayında 2 nəfər batıb
Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hümanlılar kəndi ərazisində baş v...