Kukla Teatrının qarşısında 4 avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

Kukla Teatrının qarşısında 4 avtomobil toqquşdu, xəsarət alan var - VİDEO
Foto Video
Hadisə 4

Neftçilər prospektində, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısında baş verən qəzanın görüntüləri yayılıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Qəza zamanı dörd avtomobil toqquşub.

***08:49

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Geely” markalı minik avtomobilinin sürücüsü maşını digər hərəkətsiz dayanan üç nəqliyyat vasitəsinə çırpıb.

Qəzada “Toyota Prius”, "Ravon R4" və “LEVC TX” modelli “London taksi”sinə ziyan dəyib.

“Geely” markalı minik avtomobilində olan qadın sərnişin xəsarət alıb. Yaralı əraziyə çağrılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Qəza səbəbindən prospektdə tıxac yaranıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər