Küçədə ölən şairlə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürovun küçədə meyiti tapılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 13-ü saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....