"Kral" şadlıq sarayının təmiri zamanı yıxılan ustalardan biri ölüb

Kral şadlıq sarayının təmiri zamanı yıxılan ustalardan biri ölüb
Hadisə 218

Beyləqandakı şadlıq sarayında aparılan təmir işləri insan ölümü səbəb olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayondakı məşhur "Kral" şadlıq sarayında təmir işləri aparan zaman baş verib.

Rayon sakinləri Elşən Cəfərov və Rauf Süleymanov təmir işləri apararkən dəzgahın aşması nəticəsində yerə çırpılıblar. Onlar ağır xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Bakıda yerləşən Neyrocərrahiyyə xəstəxanasına göndərilib və orada əməliyyat edilib. Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.

Hadisə zamanı xəsarət alan digər usta R.Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...

69 Hadisə 19:19 19 sentyabr 2026

Son xəbərlər