“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək bort-kompüter vasitəsilə yoxlayıb.
Yoxlamanın hansı məqsədlə aparılmasını öyrənmək üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.
Oxşar xəbərlər
Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...