“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə – FOTO
03
noy
2017
20:50
Çeçenistanın paytaxtı Qroznı şəhərində “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov həbs edilib. BAKU.WS-in Lent.Az-a istinadən xəbərinə görə, onun üzərindən xeyli miqdarda narkotik götürülüb.“Kor Hüseyn” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.“Kor Hüseyn” bu ilin iyul ayında yenidən İstanbula qayıdıb və “Sabirabadlı Hikmət”in qardaşı oğlu Məmmədqulu Muxtarova “qanuni oğru” adı vermək üçün “sxodka” çağırıb. Amma “sxodka”ya “Lotu Quli” müdaxilə etdiyindən baş tutmayıb. “Kor Hüseyn” “Lotu Quli”nin düşmənlərindən sayılır. Onun həbsi isə kriminal aləmdə böyük əks-səda doğurub.BAKU.WS
Oxşar xəbərlər
“Qanuni oğrular” “Lotu Quli” ilə görüşdə
İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir. BAKU.WS azfakt.com-a...