Kişinin meyiti işlədiyi şirkətin həyətində TAPILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda şirkətdə meyit tapılıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb.
Rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birinin həyətində kişi meyiti aşkar edilib.
Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.
Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.
Onun ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət edib
BDU-nun üç tələbəsinin zəhərlənməsi və onlardan birinin - Şəkər Faiq qızı Xasmətovanın ölümündən tam iki ay ötür. Kifayət qədər uzun müddət keçməsinə baxmayaraq...