Türkiyədə qıza görə kütləvi dava: 1-i ağır olmaqla 10 nəfər yaralandı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qıza görə silahlı insident yaşanıb.
BAKU.WS xəbər verir ki, Küçükçekmecedə iki qohum arasında qız üstündə dava düşüb.
Hadisə Cumhuriyet Mahallesi Kule prospektində yaşanıb.
Qohumlardan biri çayxanada oturub çay içən zaman digər qohum xeyli adam yığaraq onu döyməyə gəlib.
Onlar əvvəl əlbəyaxa olublar. Daha sonra bir-birlərinə atəş açıblar. Bu zaman 1 nəfər ağır olmaqla 10 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılara ilkin tibbi yardım edilib.
Xəsarət alanlardan bəzilərinin vəziyyətinin hələ də ağır olduğu bildirilib.
BAKU.WS hadisə yerindən görüntülər təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...