Kərbəlaya gedən azərbaycanlı axund itkin düşdü - VİDEO
24
okt
2019
17:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Ərbəin" günü (qırxıncı gün) Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.Bildirilir ki, İmişli rayon Buludlu-Boşcallar kəndinin axundu D.Yusifov zəvvarlarla birgə Kərbəla şəhərinə getsə də, qəfil yoxa çıxıb. Trend-in məlumatına görə, yaxınları deyiblər ki, onlarla birlikdə gedən şəxslər bu gün artıq geri qayıdıblar, ancaq D.Yusifovdan xəbər yoxdur. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.
Oxşar xəbərlər
Ziyarətə gedən azərbaycanlı zəvvar dünyasını dəyişib
Ərbəin ("Qırxıncı gün") ziyarəti üçün Kərbəlaya gedən Azərbaycan vətəndaşı dünyasını dəyişib.BAKU.WS "faktxəbər"ə istinadən xəbər verir ki, Bakının Binə qəsəbəs...