Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.
Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Gəncədə qətllə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxa...