Kəlbəcərdə itkin düşən zabit dəfn edildi - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcərdə şəhid olan hərbi qulluqçu dəfn edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yerli icra və hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.
***15:05
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, zabitin üçrəngli bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, biri oğul, biri qızı yadigar qalıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H.Əliyev adına Ali Hərbi məktəbdə təhsil alıb. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi isə ötən gün aşkar edilib.Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Helikopter qəzasında həlak olan hərbçi Beyləqan Şəhidlər xiyabanında dəfn edilib - YENİLƏNİB - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyev dəfn edilib. BA...