Karantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə müğənni Nüşabə Musayevanın özünə dəbdəbəli ad günü məclisi təşkil etməsi barədə məlumat vermişdik.
BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov “qafqazinfo”ya məsələ barədə açıqlama verib.
O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozaraq, Sumqayıt şəhərindəki “Amore” restoranında özünə ad günü keçirən müğənni cəzalandırılıb:
“Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər”.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin nəvəsinin toy məsələsi araşdırılır - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib BAKU.WS xəbər verir ki, Dİ...