Karantini pozan kafenin icarədarı cərimələnib

Karantini pozan kafenin icarədarı cərimələnib
Hadisə 48

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, sanitar-epidemioloji normalarını pozaraq gecə saatlarında fəaliyyətini davam etdirən obyektin icarədarı E.Muradov karantin qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər