Karantin qaydalarını pozan hamam cərimələndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda karantin qaydalarını pozan hamam aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndi ərazisindəki hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət bir neçə nəfəri Polis Şöbəsinə gətiriblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.
Qanun pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər. Hamamın icarədarı Amik Hacıağayev barəsində də protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - ANBAAN VİDEO
Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməs...