Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub

Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub
Hadisə 35

2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiyasında bildirib.

Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.

Onlardan, 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, həyat yoldaşını am...

274 Hadisə 20:56 04 oktyabr 2026

Son xəbərlər