Jurnalistlərə təzyiq göstərən polis əməkdaşı işdən çıxarıldı - RƏSMİ

Jurnalistlərə təzyiq göstərən polis əməkdaşı işdən çıxarıldı - RƏSMİ
Hadisə 195

Jurnalistlərə qarşı nəzakətsiz davranış nümayiş etdirib, təzyiq göstərən polis əməkdaşı işdən çıxarılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, nəinki jurnalist, heç bir şəxsə qarşı belə bir hər hansı hüquqazidd əməl törədilməsi qəbul edilməzdir:

“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna görə, orada yaranan xoşagələməz halla bağlı intizam tənbeh tədbiri görülüb”, - deyə o bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO

Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO

Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...

8330 Hadisə 10:05 03 sentyabr 2020

Son xəbərlər