İtkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə ay əvvəl Lənkəran sahillərində itkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini, balıqçı Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.
Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar, 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...