İstanbula gələn turistlərin başına İŞ GƏLDİ - 2 uşaq və ana ÖLDÜ
İstanbulda Alman turist ailəsinin faciəsi böyüyüb.
BAKU.WS xəbər verir ki, İstanbulun Fatih rayonunda oteldə qalan Alman turist ailəsi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl uşaqları Kadir Muhammet (6) və Masal B. (3) həyatını itirən ailədə bu gün ana Çiğdem B. də vəfat edib. Ailənin atası Servet B.-nin müalicəsi davam edir.
Qeyd edək ki, hadisəyə səbəb olduğu bildirilən restoran isə müddətsiz bağlanıb. Yerli hüquq-mühafizə orqanları zəhərlənmənin dəqiq səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.
***11:11
İstanbulun Ortaköy məhəlləsində Almaniyadan gələn Böcek ailəsinin iki uşağı, 3 və 6 yaşlı Kadir Muhammet ilə Masal, yedikləri kumpir və midyədən zəhərlənərək həyatını itirib.
BAKU.WS xəbər verir ki, hadisə ictimaiyyəti sarsıdıb və Beşiktaş Bələdiyyəsini hərəkətə gətirib.
Hadisə ilə əlaqədar iş yeri Beşiktaş Bələdiyyəsi tərəfindən ictimai sağlamlıq və təhlükəsizliyi qorumaq məqsədilə müddətsiz bağlanıb. Kənd Təsərrüfatı İdarəsi isə iş yerindən nümunələr götürərək gigiyena şəraiti və hadisənin səbəblərini araşdırmağa başlayıb.
Beşiktaş Bələdiyyəsindən verilən açıqlamada, baş verənlərin hər kəsi dərindən sarsdığı və bələdiyyənin həm ədliyyə, həm də inzibati prosesi diqqətlə izlədiyi bildirilib. Bələdiyyə, ictimai sağlamlığı qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Qadını aldadıb, tanışını rüsvayedici videolarla şantaj edən şəxsə cəza verildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Bayramovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası baş...