İşdən çıxmasını istəyən ərini həbs etdirdi
Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.
Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.
Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.
Məhkəmənin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.
Oxşar xəbərlər
İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
İsmayıllı rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, nəticədə nəqliyyat vasi...