İrandan Rusiyaya 25 kiloqramdan çox marixuana keçirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "bibər" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
Göygöldə bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində 1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apar...