İrakli Kobaxidze: Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu ölkədəki nümayəndəliyinin yeni rəhbəri Coanna Bartonla görüşə bildirib.
"Gürcüstanda indiyədək müharibə zamanı 334 itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Bununla yanaşı, 1 835 nəfər hələ də itkin düşmüş hesab olunur", - o qeyd edib.
İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir:
"Eyni zamanda, BQXK itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rol oynayır".
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...