İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
01
fev
2025
09:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Məmmədov Azad Qulu oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...