İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub
26
yan
2025
20:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli şəhərində yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin N. Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.
Belə ki, yardımçı tikilidə başlayan alov anidən güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.
Buna baxmayaraq, tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...