İmişlidə təkər sexində yük avtomobilinin hava balonu partlayıb, iki nəfər xəsarət alıb
17
avq
2026
12:30
İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.
Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.
Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib. BAKU.WS xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçiri...