İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Təfərrüat
Hadisə 756

İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər, həmçinin YPX avtomobilinin sürücüsü xəsarət alıb.

***16:37

İmişli şəhərindəki ağır-yol nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şagirdlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təxliyə olunan şəxslərdən bir nəfərin (qadın cinsli) xəstəxanada, bir uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına iki təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan üç uşaq (qadın cinsli) biri kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

***15:27

İmişli şəhərində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alan yol patrul xidmətinin inspektorudur və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yaralıların müalicəsi davam etdirilir.

***14.57

İmişli rayonu ərazisində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Son xəbərlər