İcra başçısının sürücüsü qəzada öldü
10
avq
2026
09:21
Zaqatalada ağır yol qəzası baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Opel" və "VAZ 2199" markalı avtomobillər toqquşub. Nəticədə, "VAZ"ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.
Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ
NZS qəsəbəsində güclü yanğın söndürülüb. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib. *** NZS qəsəbəsində güclü yanğın məhdudlaşdırılıb. Bu barədə BAKU.WS-ə FHN...