I Qarabağ müharibəsinin itkin şəhidi Rəfael Abbasov ilə vida mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rafael Sultan oğlu Abbasovla vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasim şəhidin ailə üzvlərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində olan evdə baş tutub.
Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu Dədə-Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Rafael Abbasov 26 oktyabr 1975-ci ildə Qərbi Azərbaycanda anadan olub.
O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. R.Abbasov 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.
Qalereya
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...