I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Foto
Hadisə 96

Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən və nəşlərinin qalıqları 33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidlər Azər Bayramov, Əliyar Əliyev və İlham Mehdiyevlə onların ailə üzvlərinə məxsus evlərdə vida mərasimləri keçirilib.

Daha sonra şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu "Dədə Qorquq" qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** 10:17

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün eyni zamanda digər itkin-şəhidlər Əliyar Fərrux oğlu Əliyev və İlham İmdad oğlu Mehdiyevlə də vida mərasimi keçirilib.

Mərasimlər başa çatdıqdan sonra onların nəşinin qalıqları Suraxanı rayonu "Dədə Qorquq" qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Azər Bayramov 24 iyun 1973-cü ildə Bakının Xətai rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. A.Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

Şəhid Əliyar Əliyev 1961-ci ilin yanvarın 5-də anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. Ə.Əliyev də 1992-ci ilin mayın 5-də Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

Şəhid İlham Mehdiyev 5 aprel 1967-ci ildə anadan olub. O da Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. İ.Mehdiyev 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşmüş hesab edilirdi.

Son xəbərlər