Həyat yoldaşını qətlə yetirən kişi – “Kasıbçılığa görə ...” – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında həyat yoldaşını qətlə yetirən İlham Babayevdən bəhs edilib.BAKU.WS xəbər verir ki, o, qətlin səbəbini tam açıqlamasa da, bunu yoldaşının işləmək istəməsindən baş verdiyini bildirib.
İlham Babayev (Cəzası: 13 il) – Məhkum:
“Masallı rayonundan gəlmişik. Özüm şəhərdə böyümüşəm. Mərdəkan qəsəbəsində. Mağaza dükanında satıcı işləmişəm. 2010-cı il, oktyabrın 16-ında hadisəni törətdim.
Özümdən asılı olmayaraq, həyat yoldaşımı qətlə yetirdim. İstəmirəm tam səbəbi açıqlayım, necə gözəllik salonunda işə başladı. Ehtiyac görmürəm səbəbləri yenidən açım.
Mən nə qədər çalışdım ki, qarşısını alım, alınmadı. Qohumlarına dedim ki, belə getsə pis nəticə verəcək. Valideynləri dedi ki, nə bacarırsan elə. Gözəllik salonunun yanında baş verdi hadisə.
Ətrafdakı patrula dedim ki, məni aparın polis şöbəsinə, insan qətlə yetirmişəm. Yoldaşım deyirdi ki, işləmək istəyirəm, mənim yolum budur. Kasıbçılığa görə deyildi, başqa niyyətlər var idi.
Demişdim ki, tələsmə, yoluna qoyarıq. Öz həyətimizdə ona görə yer quracaqdım. Amma səbirsizlik etdi. İstəyirəm ki, baxsınlar bu çəkilişə, övladımın 15 dəqiqə də olsa üzünü görüm. Qızımın məndən başqa heç kimi yoxdur”.
BAKU.WSOxşar xəbərlər
“Dedim ki, öldür canım qurtarsın” – Sevgilisiylə ərini baltalayan 4 uşaq anası – VİDEO
ARB TV-nin “Rezonans” proqramında bu dəfə yoldaşını, onun dostuyla əlbir olub öldürən 4 uşaq anası öz həyat tarixçəsindən danışıb.Arzu Musayeva (Cəzası 17 il) b...