Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ
Foto Video
Hadisə 534

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***19:36

"Dövlətim çox sağ olsun, oğurlanan pulların hamısı özümə qaytarıldı".

Bu sözləri "Unikal"a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası, kartından 80 min manat oğurlanan Cəlil Alıyev deyib.

O qeyd edib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:

"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları mənə ərizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamısı ağır günümdə yanımda oldular".

C.Alıyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: "Mən onlara bildirdim ki, məni yorursunuz. Mənə dedilər ki, dayı elə şeylər etmərik".

Oxşar xəbərlər

Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı

Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı

Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkə...

160 Hadisə 23:36 18 yanvar 2025

Son xəbərlər