Heykəltəraşdan 2000 manat tələb edən polislər CƏZALANDIRILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Heykəltəraş Rəşid Məhərrəmovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının ondan 2000 tələb etməsi ilə bağlı şikayəti barədə araşdırma başa çatıb.
BAKU.WS xəbər verir ki, "oxu.az"ın Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən əldə etdiyi məlumata görə, xidməti yoxlamanın nəticəsində yol-patrul xidməti əməkdaşları barəsində intizam tənbehi tədbirləri görülüb.
Qeyd edək ki, heykəltəraş Rəşid Məhərrəmov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, özünə məxsus maşında Xırdalandan qayıdan zaman tanışı olan xanım ona zəng vuraraq halının birdən pisləşdiyini bildirib.
Həmin vaxt “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra avtovağzala çatmamış xanımla birgə avtomobillərini saxlayan zaman polis onlara yaxınlaşaraq 2000 manat tələb edib.
Oxşar xəbərlər
Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN rəhbərliyi məsələni nəzarətə götürdü
Heykəltəraş Rəşid Məhərrəmov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından şikayətçidir. BAKU.WS xəbər verir ki, o, bu barədə sosia...