Həmin qəzada şəhid qardaşı da həyatını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.
BAKU.WS unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu şəhid Pərvin İsgəndərovun qardaşıdır.
Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...