Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.
Məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....