Həbsdə olan tanışına bişirilmiş toyuğun içində narkotik keçirmək istədi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Xidmətdən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə - metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həbsdə olan oğluna qəndin içərisində narkotik maddə keçirmək istədi
Ata həbsdə olan oğluna narkotik maddə keçirmək istəyib. Penitensiar Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əm...