Həbsdə olan oğlunu azad etdirəcəyini dedi, minlərlə manatı ələ keçirdi
14
mar
2026
17:30
Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü
Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. B...