Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirdən verilən şikayətə baxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər üzrə qərar açıqlanıb.
Qərara əsasən idmançıların şikayəti təmin edilməyib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
İş üzrə zərərçəkən DSX-nin Akademiyasının mayoru Fuad Zeynalov tanınıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BAKU.WS xəbər verir ki, qəza nəticəsində tanınmış...