Hava limanı yolunda işıqları söndürüb gedən sürücü cərimələndi - VİDEO

Hava limanı yolunda işıqları söndürüb gedən sürücü cərimələndi - VİDEO
Video
Hadisə 171

Bakıda ölüm təhlükəsi saçan yük avtomobili sürücüsü cərimələnib.

BAKU.WS "avtosfer.az"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücü günün qaranlıq saatlarında paytaxtın hava limanı yolunda avtomobili işıqları sönülü vəziyyətdə idarə etdiyi üçün məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı məlum olub ki, 99-OT-949 qeydiyyat nişanlı yük avtomobilinin xarici işıq cihazları nasaz olub. Buna görə də sürücü Məmmədov Murad Rəhman oğlu İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər