Halı pisləşən 2 yaşlı uşaq Bakıya gətirilərkən yolda öldü

Səhhəti ilə əlaqədar Göygöl rayonundan Bakıya gətirilən iki yaşlı uşaq yolda ölüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 20 radələrində Kürdəmir rayonu ərazisində baş verib.
Belə ki, halı pisləşən 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınlarının müşayiəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.
Bildirilib ki, azyaşlı bir neçə ay əvvəl yıxılaraq xəsarət alıbmış. Bundan sonra onun səhhəti ağırlaşıb və dünən Bakıya gətirilirmiş.
Faktla bağlı araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.
Oxşar xəbərlər
Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub
Xaçmazda qətl hadisəsi törədilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 1981-ci...
