Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”
Hadisə 7172
Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün Böyük Britaniyada mühakimə edilən Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.“Qafqazinfo” xəbər verir ki, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilən iki gün sora isə ev dustaqlığına buraxılan Zamirə Hacıyeva məhkəməyə şahid qismində verdiyi ifadəsində bunları deyib:“Ərim 2009-cu ildə əhəmiyyətli şəxslərdən biri idi. 1997-ci ildə evləndiyimizdə çox yaxşı işlər görmüşdü və 1990-cı illərin əvvəllərindən bu yana böyük sərmayə və sərvət toplayıb.Əmlakın satın alınmasına gəlincə, bu ərimin öhdəliyi idi. Mənim əmlakım, ailə evimizin satın alınması üçün yerinə yetirilən ödənişlərdən, ödənişin mənbəyindən və ya hər hansı digər detallarından xəbərim yoxdur”.Qeyd edək ki, hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevanın həyat yoldaşının Azərbaycana ekstradisiyası ilə bağlı müzakirələr gedir.BAKU.WS

Oxşar xəbərlər

Həbs olunan Zamirə Hacıyeva zaminə buraxılıb

Həbs olunan Zamirə Hacıyeva zaminə buraxılıb

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə m...

2340 Hadisə 15:07 08 noyabr 2018

Son xəbərlər